Məgər ağıl sahiblərinə görə bunlara and içilməzmi?!
6
Rəbbinin Ad qövmünə nə etdiyini görmədinmi?!
7
Bəs sütunları (yüksək binaları) olan İrəmə?!
8
Məmləkətlər arasında onlar kimisi yaradılmamışdı.
9
Vadidə qayaları oyan (və ev düzəldən) Səmud qövmünə də!
10
Dirəklər sahibi Firona da! (Rəvayətə görə, Firon işgəncə vermək istədiyi kimsələr üçün yerə dört dirək basdırdar, onları əllərindən və ayaqlarından bu dirəklərə bağlayıb işgəncə verərmiş.)
11
Onlar öz yurdlarında azğınlıq etmişdilər.
12
Oralarda çoxlu fitnə-fəsad törətmişdilər.
13
Buna görə də Rəbbin onlara əzab qamçısı endirdi.
14
Şübhəsiz ki, sənin Rəbbin daim nəzarət edir.
15
İnsana gəlincə, nə zaman Rəbbi onu sınamaq üçün ehtiram göstərib ona nemət bəxş etsə, o: “Rəbbim mənə ehtiram göstərdi!” - deyər.
16
Ancaq Rəbbi onu sınamaq üçün ruzisini azaltsa, o dərhal: “Rəbbim məni alçaltdı (pərişan etdi)!” - deyər.
17
Xeyr! Siz yetimə yaxşılıq etmirsiniz.
18
Yoxsulu yedirtmək barəsində də bir-birinizi təşviq etmirsiniz.