48
SURE
Fetih Suresi
⌄
⌄
2
4
5
6
Həmçinin Allah haqqında pis zənn bəsləyən münafiq kişi və qadınlara, müşrik kişi və qadınlara əzab verməsi üçündür. Onların (müsəlmanlar haqqında) bəslədikləri pis fikirlər öz başlarına gəlsin! Allah onlara qəzəblənmiş, onlara lənət etmiş və cəhənnəmi onlar üçün hazırlamışdır. O necə də pis bir dönüş yeridir!
9
10
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş sayılırlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozarsa, yalnız öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdə sadiq qalarsa, Allah ona böyük bir mükafat verəcəkdir. (Bu ayə Məkkə yaxınlığında qüreyşlilərlə müsəlmanlar arasında bağlanmış Hüdeybiyyə sülh müqaviləsinə və bu əsnada edilən beyətə işarə edir. Beyət əsnasında əllər üst-üstə qoyulduğu üçün Allah-Təala: “Allahın əli onların əllərinin üstündədir”, - buyuraraq müsəlmanların əslində Allaha beyət etdiklərini vurğulamışdır. )
11
Bədəvi ərəblərdən geridə qalanlar sənə: “Mallarımız və ailələrimiz bizi (döyüş üçün səfərə çıxmaqdan) yayındırdı. Ona görə də Allahdan bizim bağışlanmağımızı dilə!” - deyəcəklər. Onlar dilləri ilə qəlblərində olmayanı deyirlər. De: “Əgər Allah sizə bir zərər, yaxud xeyir vermək istəsə, kim Ona qarşı çıxa bilər?! Xeyr! Allah sizin etdiklərinizdən xəbərdardır.
12
13
14
15
Qənimətləri almaq üçün getdiyiniz zaman (səfərə getməyib) arxada qalanlar: “İcazə verin biz də sizin arxanızca gələk!” - deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz! Allah daha əvvəl sizin üçün belə buyurmuşdur”. Onlar: “Xeyr! Siz bizə paxıllıq edirsiniz”, - deyəcəklər. Əksinə, onlar çox az anlayan kimsələrdir. (Həzrət Peyğəmbər hicrətin altıncı ilində Hüdeybiyyədən qayıtdıqdan sonra növbəti il Hüdeybiyyədə iştirak edən müsəlmanlarla birlikdə Xeybər səfərinə çıxmış və oranı fəth etmişdi. Bu fəth əsnasında müsəlmanlar çoxlu qənimət əldə etmişdilər. Bu səfərdə iştirak etməyənlər də qənimətdən pay almaq istəyirdilər. Ancaq onlara qənimət verilməyəcəyinə hökm olunmuşdu. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
16
(Səfərə çıxmayıb) arxada qalan bədəvi ərəblərə de: “Siz çox qüvvətli bir qövm (farslar və ya romalılar) ilə döyüşməyə çağırılacaqsınız. Siz ya onlarla döyüşəcəksiniz, ya da onlar təslim olacaqlar. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verəcəkdir. Əgər daha əvvəl üz döndərdiyiniz kimi yenə üz döndərsəniz, O sizə acı bir əzab verəcəkdir”.
17
18
19
20
21
22
23
24
25
Onlar kafir olub sizin Məscidi-haramı ziyarət etməyinizə və gözlədilən qurbanlıqların qurbangaha çatmasına mane olanlardır. Əgər (Məkkədə) özlərini hələ tanımadığınız üçün bilmədən tapdalayıb əzməyiniz (öldürməyiniz) səbəbilə günaha girəcəyiniz mömin kişi və qadınlar olmasaydı, (Allah döyüşməyinizə izin verərdi). Allah istədiyi kimsəni Öz rəhmətinə daxil etmək üçün belə etmişdir. Əgər onlar bir-birindən ayrılmış olsaydılar, əlbəttə, onlardan kafir olanlara acı bir əzab verərdik. (Hüdeybiyyədə qüreyşlilər müsəlmanların Məkkəyə girmələrinə, Məscidi-haramı ziyarət etmələrinə və gətirdikləri qurbanlıq heyvanları Minada kəsmələrinə mane olmuşdular. Bundan sonra müsəlmanlara döyüş izni verilməməsinin səbəbi də Məkkədə müsəlman olduqlarını gizli saxlayanların olması idi. Həmin müsəlmanlar Qüreyş kafirlərindən seçilmədikləri üçün Məkkənin fəthi təxirə salınmışdı.)
26
27
Şübhəsiz ki, Allah Peyğəmbərinin röyasını həqiqətə çevirdi. Siz inşallah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi. (Rəvayət olunduğuna görə, Həzrət Peyğəmbər Hüdeybiyyə səfərinə çıxmadan əvvəl röyasında özünün və səhabələrin əmin-amanlıq içində başlarını qırxdıraraq Məkkəyə girdiklərini görmüş və bunu səhabələrə bildirmişdi. Onlar da buna çox sevinmişdilər. Lakin Məkkəyə girə bilməyib Hüdeybiyyədən geri qayıtdıqları zaman buna çox kədərlənmişdilər. Ancaq bunda bir hikmətin olduğu bildirilmiş və Məkkənin fəthinin mütləq gerçəkləşəcəyi ifadə edilərək daha əvvəlki Xeybər fəthi xatırladılmışdır.)
28
29
Mühəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.