4
SURE
Nisa Suresi
⌄
⌄
1
Ey insanlar! Sizi tək bir nəfsdən (Adəmdən) yaradıb, ondan zövcəsini (Həvvanı) xəlq edən və o ikisindən də bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun! Bir-birinizdən (bir şey) istədiyiniz zaman adından istifadə etdiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir.
2
3
Əgər (özləri ilə evləndiyinizdə) yetim qızlar barəsində ədalətli ola bilməyəcəyinizdən qorxsanız, bəyəndiyiniz qadınlardan ikisi, üçü, dördü ilə nikah bağlayın! Əgər ədalətli ola bilməməkdən qorxsanız, onda, tək bir qadınla və ya sahib olduğunuz kənizlərlə (kifayətlənin)! Haqsızlığa yol verməməyiniz üçün ən uyğun olan budur. (Qadının dünyaya uşaq gətirmə qabiliyyətinin olmaması, müharibə nəticəsində kişilərin sayının azalması və s. səbəblərdən İslamda kişilər üçün çox evliliyə icazə verilmişdir. Bu hallarda kişinin birdən çox qadınla evlənməsi əmr deyil, bir növ icazədir. Bu icazə isə ədalət şərtinə bağlanmış və bu şərtə riayət edə bilməyən kişilərin bir qadınla kifayətlənməsi əmr edilmişdir.)
4
5
6
Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.
7
8
9
Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər! (Yetimlərin qəyyum və himayədarları onlara, öz övladlarına necə davranılmasını istəyirlərsə, yetimlərə də o şəkildə davranmalıdırlar. Çünki öz uşaqları da bir gün yetim qala bilərlər.)
10
11
Allah övladlarınız (övladlarınıza miras bölgüsü etməyiniz) haqqında sizə əmr edir ki, oğula iki qızın payı qədər (pay) düşür. (Ölən şəxsin) qızları ikidən artıq olarsa, mirasın üçdə ikisi onlarındır. Əgər tək bir qızdırsa, (mirasın) yarısı onundur. (Ölən kimsənin) övladı varsa, ata-anasının hər birinə mirasın altıda biri (qədər pay düşür). Əgər onun övladı olmayıb, varisi ata və anasıdırsa, (mirasın) üçdə biri anaya düşür. Əgər onun (ölmüş kimsənin) qardaşları varsa, (mirasın) altıda biri anaya düşür. (Bütün bu bölgü, ölən kimsənin) edəcəyi vəsiyyətdən və ya borcu ödənildikdən sonradır. Atalarınızdan və övladlarınızdan faydalı olmaq cəhətdən hansının sizə daha yaxın olduğunu bilməzsiniz. (Bunlar,) Allah tərəfindən müəyyən edilmiş paylardır. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hikmət sahibidir. (İslam vərəsəlik hüququnda paylar insanların öhdəlikləri nisbətində ədalətli şəkildə bölüşdürülmüşdür. Buna görə də daha çox öhdəliyi olanlara daha çox pay verilmişdir. İslam ailə hüququna görə, evlilikdə mehri verən və toy xərcini çəkməli olan kişidir. Evləndikdən sonra da ailəyə və uşaqlara baxmaq kişinin üzərinə düşür.)
12
Əgər zövcələrinizin övladı yoxdursa, onların qoyub getdikləri (mirasın) yarısı sizindir. Əgər onların övladı varsa, qoyub getdiklərinin dörddə biri sizindir. (Bu bölgü,) edəcəkləri vəsiyyətdən və ya borcları ödənildikdən sonradır. Əgər sizin övladınız yoxdursa, qoyub getdiyiniz (mirasın) dörddə biri onlara (arvadlarınıza) düşür. Əgər sizin övladınız varsa, qoyub getdiyiniz (mirasın) səkkizdə biri onlara düşür. (Bu bölgü də,) edəcəyiniz vəsiyyətdən və ya borcunuz ödənildikdən sonradır. Əgər miras qoyan kişi və ya qadının ata-anası və övladı olmayıb, bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə (mirasın) altıda biri düşür. Əgər bundan daha çox olsalar, onlar üçdə birinə şərikdirlər. (Bu bölgü,) ediləcək vəsiyyətdən və ya borc ödənildikdən sonra (və heç kimə) zərər verilmədən (aparılır). (Bunlar,) Allahdan (sizə) bir tövsiyədir. Allah hər şeyi biləndir, həlimdir.
13
14
15
16
17
18
19
Ey iman gətirənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir! Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın! Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (İslamdan əvvəl ərəblər qadınlarla çox pis davranırdılar. Hətta əri ölən qadın, ölən kimsənin mirası kimi qəbul edilir və istədikləri kimsə ilə zorla evləndirilirdi. Yuxarıdakı ayələr bütün bu haqsızlıqlara son qoymuş və qadına layiq olduğu hüquqları vermişdir.)
20
21
Onu necə geri alarsınız?! Axı, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar. (Bir qadınla evləndikdən sonra onunla cinsi əlaqədə olan ər, ona vəd etdiyi mehrin hamısını verməlidir. Ancaq cinsi əlaqədə olmadan onu boşayarsa, vəd etdiyi mehrin yarısını qadına verməlidir.)
22
23
Analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaşınızın qızları, bacınızın qızları, sizi əmizdirən analarınız, süd bacılarınız, arvadlarınızın anaları və cinsi əlaqədə olduğunuz arvadlarınızdan olub sizin evinizdəki ögey qızlarınızla evlənmək sizə haram edilmişdir. Əgər onlarla (ögey qızlarınızın anaları ilə) cinsi əlaqədə olmamısınızsa, (qızları ilə evlənmək) sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları və iki bacını birlikdə almaq da (sizə haram edilmişdir). Ancaq keçmişdə baş vermiş (bu cür işlər) istisnadır. Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir. (Yuxarıdakı ayədə, cinsi əlaqədə olmadığınız arvadlarınızın qızları ilə evlənə bilərsiniz deyə buyurulmuşdur. Burada qəsd olunan məna odur ki, həmin arvadları boşadıqdan sonra onların qızları ilə evlənməkdə hər hansı bir qəbahət yoxdur. Yoxsa həm anası, həm də qızı ilə eyni vaxtda nikahlanmaq caiz deyildir. Bundan əlavə, ayədə digər qohumlarla evliliyə icazə verilsə də hədislərdə qohum olmayanlarla evlənmək tövsiyə olunmuşdur.)
24
(Müharibədə əsir alaraq) sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da, Allahın yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək şərtilə mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin! (Mehr) müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir.
25
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
26
27
29
30
31
32
Allahın birinizi digərindən üstün tutduğu şeyi (birinizə digərinizdən artıq verdiyi mal-mülkü) arzulamayın! Kişilər üçün qazandıqlarından bir pay, qadınlar üçün də qazandıqlarından bir pay vardır. Allahdan, Onun lütfünü istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Allah hər insana, onun qabiliyyətinə və çalışmasına görə nemətlər bəxş etmişdir. Başqasının malına göz dikməyin yerinə, hər kəs öz əlindəki nemətə şükür etməli və bir şey istədiyi zaman yalnız Allahdan istəməlidir.)
33
34
Allahın insanların bir qismini digərlərinə üstün etməsinə və öz mallarından (qadınlar üçün) sərf etdiklərinə görə, kişilər qadınların idarəçisi və himayədarlarıdır. Əməlisaleh qadınlar itaətkardırlar. Allah onları qoruduğu üçün onlar da gizli olanı (namuslarını) qoruyarlar. Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara gəlincə, onlara nəsihət edin, (yola gəlməzlərsə,) yataqda onları yalnız buraxın və (yenə yola gəlməzlərsə,) onları döyün! Əgər sizə itaət edərlərsə, artıq onlar üçün başqa bir yol axtarmayın! Şübhəsiz ki, Allah ucadır, böyükdür.
35
36
37
38
39
40
41
42
43
Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır. (Dəstəmaz, yaxud qüsl almaq istəyən bir müsəlman su tapmadığı vaxt torpaq, yaxud torpaq cinsindən olan bir şeylə təyəmmüm etməlidir. Təyəmmüm həm dəstəmaz, həm də qüsl əvəzinə edilə bilər. Bundan əlavə, su olub, ancaq o sudan istifadə etmək mümkün olmadığı zaman da təyəmmüm edilməlidir.)
44
45
46
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə: “Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar: “Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondakı söz və cümlələri dəyişdirmişdilər. Eyni zamanda son peyğəmbərlə bağlı hissəni də təhrif edib pozmuşdular. “Raina” sözü “bizə qayğı göstər” deməkdir. Ancaq bu sözdəki “i” səsini uzadaraq oxuduqda “bizim çobanımız” mənasına gəlir. Yəhudilər də guya peyğəmbəri təhqir etmək üçün bu cür kəlmə oyunları edirdilər. Yuxarıdakı ayədə buna işarə edilmişdir.)
47
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün qadağalarına riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)
48
49
51
52
53
54
55
56
57
58
59
Ey iman gətirənlər, Allaha itaət edin! Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (idarəçilərə) də itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə ərz edin (onların əmrlərinə uyğun olaraq həll edin)! Bu həm daha xeyirli, həm də nəticə etibarilə daha gözəldir.
60
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Tağut kəliməsi Quranda, “büt, şeytan, zəlalətdə olan kimsə və s.” mənalarda işlədilmişdir. Yuxarıdakı ayənin nüzul səbəbi ilə əlaqəli olaraq bildirilir ki, münafiqlərdən biri mübahisə etdiyi şəxsə, aralarında hökm verməsi üçün Həzrət Peyğəmbərin (s.ə.s.) əvəzinə Kab ibn Əşrəfin yanına getməyi təklif edir. Beləliklə bu ayə, münafiqlərin iç üzünü ortaya çıxartmışdır.)
61
62
63
64
65
66
69
72
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Yuxarıdakı ayədə qeyd edilən “ağır tərpənərlər” ifadəsindən məqsəd müxtəlif bəhanələr gətirərək cihada çıxmaq istəməyən və başqalarının da cihada çıxmasına mane olmaq istəyən münafiqlərdir.)
73
74
75
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Məkkənin fəthindən əvvəl, Mədinəyə hicrət etməyib orada qalan müsəlmanlar, müşriklərdən böyük əzab-əziyyət görmüş və Allaha dua edərək onlara yardımçı göndərməsini istəmişdilər. Yuxarıdakı ayə bu hadisəyə işarə etməklə birlikdə, dünyanın hər hansı bir yerində haqsızlığa məruz qalan çarəsiz müsəlmanların köməyinə çatmağı müsəlmanlara əmr edir.)
76
77
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
78
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” - deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!
79
80
81
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda Həzrət Peyğəmbərin (s.ə.s.) hüzurunda ikən, o nə deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar qururdular. Yuxarıdakı ayədə bu hadisələrə işarə edilir.)
82
83
Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldiyi zaman onu yayarlar. Əgər bunu Peyğəmbərə və aralarındakı ixtiyar sahiblərinə demiş olsaydılar, onların içindən onun mahiyyətini anlayan kimsələr (onun nə olduğunu) bilərdilər. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, şübhəsiz ki, az bir qisminiz istisna olmaqla, şeytana uyacaqdınız.
84
85
86
Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Salamlaşmaq müsəlmanlar arasında sevgini gücləndirən və əmin-amanlığı ifadə edən gözəl bir ünsiyyət vasitəsidir. Salamı verən kimsə: “Əssələmu aleykum!” – deyər. Ona cavab vərən müsəlman isə ya daha gözəl bir şəkildə: “Və aleykumussələm və rahmətullahi və bərakətuh”, ya da eynisilə “Və aleykumussələm”, - deyərək salamı alar.)
87
88
89
90
Ancaq sizinlə aralarında müqavilə olan bir tayfaya sığınanlar, yaxud sizinlə vuruşmaqdan və ya öz qövmləri ilə vuruşmaq istəmədikləri üçün ürəkləri sıxılaraq sizə gələnlər istisnadır. Əgər Allah diləsəydi, həqiqətən, onları sizə ürcah edərdi və onlar sizinlə vuruşardılar. Əgər sizdən aralanıb bir tərəfə çəkilsələr və sizinlə vuruşmayıb sülh təklif etsələr, Allah sizə, onlara qarşı bir yol izləmək (onlarla döyüşmək) haqqı verməz.
91
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik. (Yuxarıdakı ayələrdə sözü gedən kafirlər Mədinə xaricindəki münafiqlərdir. Onlardan bəziləri hicrət etməyib Məkkədə qalmış və müşriklərlə əlbir olmuşdular. Bir hissəsi müsəlmanlarla müqaviləsi olan qəbilələrə sığınmış, bir hissəsi isə heç bir tərəfdən döyüşmək istəmədikləri üçün bitərəf olduqlarını elan etmişdilər. Müsəlmanlar bu son iki qrupa toxunmamalı və onlarla müharibə etməməli, digər münafiqləri isə harada görsələr oradaca öldürməli idilər.)
92
Səhvən olması istisna olmaqla, heç bir möminin (başqa) bir mömini öldürməyə haqqı yoxdur. Kim bir mömini səhvən öldürərsə, mömin bir qul azad etməli və (ölənin) ailəsinə qanbahası verməlidir. (Öldürülənin ailəsinin qanbahasını) bağışlaması istisnadır. Əgər (öldürülən şəxs) mömin olub sizə düşmən bir tayfadan olarsa, mömin bir qul azad etmək lazımdır. Əgər (öldürülən şəxs) sizinlə aralarında müqavilə olan bir tayfadandırsa, o zaman onun ailəsinə qanbahası verməli və mömin bir qul azad etməlidir. Kim (buna imkan) tapa bilməsə, arxaarxaya iki ay oruc tutmalıdır ki, Allah tərəfindən tövbəsi qəbul edilsin. Allah hər şeyi biləndir, hikmət sahibidir.
93
94
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qeyd edilən bir rəvayətə görə, müsəlmanlardan bir qrup əlində qənimət malı olan bir adamla rastlaşdılar. Həmin adam onlara: “Əssələmu aleykum” – dedi. Ancaq onun müsəlman olduğuna inanmayıb onu öldürdülər və əlindəki qəniməti qəsb etdilər. Bu hadisə nəticəsində yuxarıdakı ayə nazil oldu. Yəni, “mən müsəlmanam”, - deyən bir kimsəni yaxşıca araşdırmadan kafirliklə ittiham etmək olmaz.)
95
Möminlərdən üzrsüz (cihada getməyib evdə) oturanlar, Allah yolunda malları və canları ilə cihad edənlərlə bir deyillər. Allah malları və canları ilə cihad edənləri, (cihada getməyib evdə) oturanlardan dərəcə etibarilə üstün tutdu. Allah hamısına gözəllik (cənnət) vəd etmişdir. Ancaq Allah cihada gedənləri (cihada getməyib evdə) oturanlardan böyük bir mükafatla üstün etmişdir.
96
97
98
100
101
102
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar (namaz qılıb) səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. Kafirlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
103
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Yuxarıdakı üç ayə səfərdə və müharibədə namazın necə qılınacağını izah edir. Sünnədən də məlumdur ki, səfər əsnasında, yaxud döyüş zamanı dörd rükətli fərz namazlar iki rükət olaraq qılınar. Doxsan kilometrlik və ondan daha uzaq məsafəyə səfər edənlər səfəri sayılırlar və onlar da bu şəkildə namaz qılarlar.)
104
105
107
108
109
110
111
112
113
Əgər sənə Allahın lütfü və mərhəməti olmasaydı, onlardan bir dəstə səni (haqdan) azdırmaq niyyətində olardı. Halbuki, onlar özlərindən başqasını azdıra bilməzlər və sənə heç bir zərər verə bilməzlər. Allah sənə Kitabı (Quranı) və hikməti nazil etdi, eləcə də daha əvvəl bilmədiklərini öyrətdi. Allahın sənə olan lütfü böyükdür.
114
115
116
Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür. (Allah-Təala qəlbində zərrə qədər imanla vəfat edən kimsələri belə axirətdə ya müəyyən bir vaxt cəzalandırdıqdan, yaxud günahlarının kəffarəsindən sonra, yaxud da tövbələrini qəbul etdikdən sonra cənnətinə qoyar. Ancaq imansız olaraq küfr və şirk içində ölənləri bağışlamayacağını bu ayədə açıq bir şəkildə bildirir.)
118
119
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, (bütlər üçün nişanlamaq məqsədilə) heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür. (Allahın yaratdıqlarını dəyişdirmək, canlıların təbii formalarını və xüsusiyyətlərini dəyişdirmək deməkdir. Lazımsız yerə heyvanların qulaqlarını, quyruqlarını, buynuzlarını və s. kəsmək də bu ayə ilə qadağan edilmişdir. Eyni zamanda müəyyən vasitələrlə təbiəti korlayan hallar buna daxildir.)
120
121
122
123
124
125
126
127
Səndən qadınlar barəsində fitva istəyirlər. De: “Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir.
128
Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud (özündən) üz çevirməsindən qorxarsa, (ər-arvadın) öz aralarında barışığa gəlmələri onlara günah deyil. Barışmaq daha xeyirlidir. Nəfslər xəsisliyə (qısqanclığa) hazırdır. Əgər yaxşı dolanıb (Allahdan) qorxsanız, (bilin ki,) şübhəsiz, Allah sizin etdiklərinizdən xəbərdardır.
129
Zövcələr arasında ədalətli davranmağı nə qədər çox istəsəniz də, əsla bacara bilməzsiniz. Ona görə də birini asılı vəziyyətdə qoyub, (digərinə) tamamilə meyil göstərməyin! Əgər barışığa gəlib (belə hərəkətlərdən) çəkinsəniz, (bilin ki,) həqiqətən, Allah bağışlayandır, rəhmlidir. (Birdən çox qadınla evlənən kişi zövcələri arasında ədalətli davranmaq məcburiyyətindədir. Ancaq bəzi hallarda ədalətli davranmaq qeyri-mümkündür. Məsələn, iki zövcəni eyni dərəcədə bəyənib sevə bilmək mümkün deyildir. Bunu istəsə də bacara bilməyəcəyinə görə kişi bundan məsul deyildir. Ancaq maddi imkanlar, birlikdə yaşamaq və digər ehtiyaclarla bağlı onlar arasında ədalətli olmalıdır.)
130
131
133
134
135
Ey iman gətirənlər! Özünüzün, ataananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
136
137
Həqiqətən, iman gətirib sonra kafir olan, sonra yenə iman gətirib, yenə kafir olan, sonra da küfrlərini artıran kimsələri Allah nə bağışlayar, nə də doğru yola yönəldər. (Bunlar, qəlblərində iman tam olaraq yerləşməyib qərarsız olan və iman ilə küfr arasında ömür sürən, axırda da küfrün tərəfində yer alan kafir və münafiqlərdir.)
139
140
(Allah) Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onların (ayələrin) ələ salındığını eşitdiyiniz zaman, onlar (kafirlər) bundan başqa bir sözə (mövzuya) keçənə qədər onlarla birlikdə oturmayın! Yoxsa siz də onlar kimi olarsınız. Şübhəsiz ki, Allah münafiqləri və kafirləri cəhənnəmdə bir yerə toplayacaqdır.
141
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər kafirlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək və kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir.
142
143
144
145
146
147
148
Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)
149
150
152
153
(Ey Rəsulum!) Kitab əhli (yəhudilər) səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər: “Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik.
154
155
157
(Onları lənətləməmizin bir səbəbi də,) “Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən öldürmədilər. (Allah İsa peyğəmbəri, onu öldürmək istəyən yəhudilərin əlindən xilas etmiş, İsa peyğəmbərin yerini xəbər verərək ona xəyanət edən adamı İsa peyğəmbərə bənzər şəkildə göstərmiş və onlar da İsa peyğəmbərin əvəzinə onu öldürmüşdülər.)
158
159
Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman gətirəcəkdir. Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir. (Allah İsa peyğəmbəri yəhudilərdən qorumuş və Öz dərgahına qaldırmışdır. Ancaq bunun necə və nə zaman olduğu barəsində müxtəlif fikirlər vardır. İslam alimlərinin əksəriyyətinə görə, Allah onu, mənəvi səmalardakı xüsusi bir mənzilə qaldırmış və qiyamətdən əvvəl onu təkrar dünyaya göndərəcəkdir. O zaman kitab əhlindən olan hər kəs onun peyğəmbər olduğunu qəbul edəcək və batil inanclarından əl çəkəcəkdir. İsa peyğəmbər dünyada qaldığı müddət ərzində Qurana görə hökm edəcəkdir. Digər bir görüşə görə, Allah İsa peyğəmbəri yəhudilərdən qorumuş, daha sonra o öz əcəli ilə vəfat etmiş və Allah onun ruhunu səmaya qaldırmışdır. Kitab əhlindən olanlar isə, ölümlərindən əvvəl həqiqəti görüb öyrənəcəklər, ancaq bu imanları onlara fayda verməyəcəkdir. )
160
161
162
163
164
165
166
167
168
170
171
Ey kitab əhli, dininizdə həddi aşmayın və Allah barəsində haqdan başqa bir şey söyləməyin! Məryəm oğlu İsa Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə göndərdiyi sözü (“Ol” sözünün nəticəsi) və Ondan bir ruhdur (Onun tərəfindən üfürülmüş bir ruhdur). Ona görə də Allaha və peyğəmbərlərinə iman gətirin və “(Tanrı) üçdür” deməyin! Öz yaxşılığınız üçün buna son qoyun! Şübhəsiz ki, Allah tək bir ilahdır. O, övladı olmaqdan uzaq və pakdır. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Vəkil olaraq Allah kifayətdir.
172
173
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlara daha çoxunu da bəxş edəcəkdir. (Allaha ibadət etməyi) özlərinə ar bilib təkəbbürlük göstərənlərə gəldikdə isə, Allah onları acı bir əzabla cəzalandıracaqdır. Onlar özləri üçün (əzabdan xilas olmaq üçün) Allahdan başqa nə bir dost, nə də bir köməkçi tapacaqlar.
174
175
176
Səndən fitva istəyirlər. De: “Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çıxmayasınız deyə sizə bəyan edir. Allah hər şeyi biləndir”.