2
SURE
Bakara Suresi
⌄
⌄
1
3
4
5
7
8
9
10
11
13
14
15
16
17
19
20
21
22
23
24
25
İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə: “Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcələr də var. Onlar orada əbədi qalacaqlar.
26
Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman gətirənlər onun (Quranın) Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Kafirlər isə: “Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar.
27
28
Siz ölü ikən sizi dirildən (yoxdan yaradan) Allahı necə inkar edirsiniz? O sizi yenə öldürəcək, sonra yenə dirildəcək, sonra da Onun hüzuruna qaytarılacaqsınız. (Bu ayədə insanın dünyaya gəlməsindən əvvəlki halı ölümlə ifadə edilmişdir. Burada insan həyatının üç mərhələsi göstərilmişdir; yoxdan yaratmaq, ölüm və axirətdə təkrar diriltmək.)
29
30
(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər: “Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi.
31
32
33
34
35
36
37
38
40
41
44
45
47
48
49
50
51
53
54
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi təfsirçilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir.)
55
57
58
59
60
61
Bir zaman siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, peyğəmbərləri haqsız yerə öldürür və (Allaha) asi olub həddi aşırdılar.
62
Şübhəsiz ki, (əvvəlki peyğəmbərlərə) iman gətirənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman gətirib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Yuxarıdakı ayədə qeyd edilən “sabiilər”in kimlər olduğu barəsində İslam alimləri müxtəlif fikirlər səsləndirmişlər. Bir görüşə görə, onlar tövhid əqidəsini mənimsəmiş kimsələr idilər. Digər bir görüşə görə isə, onlar ulduzlara, günəşə, yaxud mələklərə sitayiş edən bir qövm idi. Başqa bir görüşə görə də, sabiilik xristianlığın bir məzhəbi idi.)
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
78
79
80
81
83
84
85
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
86
87
Şübhəsiz, Biz Musaya kitabı (Tövratı) verdik. Ondan sonra da peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Hər dəfə bir peyğəmbər ürəyinizə yatmayan bir şey gətirdikdə təkəbbürlənmədinizmi?! Onların bir qismini təkzib etdiniz, bir qismini də öldürdünüz.
88
89
90
91
Onlara: “Allahın nazil etdiyinə iman gətirin!” - deyildiyi zaman onlar: “Biz özümüzə nazil olana iman gətiririk”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o (Quran), onların əllərindəkini (Tövratı) təsdiqləyən həqiqətdir. De ki: “Əgər həqiqətən iman gətirmişdinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”
92
93
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq: “Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə: “Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlblərini buzov sevgisi bürümüşdü. De ki: “Əgər iman gətirmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”
94
95
96
97
98
100
101
102
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Qədim xalqların çoxu caduya inanırdı. Buna görə də dini etiqadlarının içinə də cadu qarışmışdı. Yəhudilər arasında da cadugərlik yayılmışdı və onlar Süleyman peyğəmbərin cadugər olduğuna inanırdılar. Quranda Süleymanın peyğəmbər olduğu xəbər verildikdə yəhudilər: “Mühəmməd Süleymanı peyğəmbər zənn edir. Halbuki o, bir cadugər idi”, – demişdilər.)
103
104
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər (s.ə.s.) əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə (s.ə.s.) xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil olmuş və müsəlmanlardan həmin ifadəni dəyişdirmələri tələb edilmişdir.)
105
106
Biz hər hansı bir ayəni nəsx edər və ya unutdurarıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətirərik. Bilmirsənmi ki, Allah hər şeyə qadirdir?! (Bir ayənin hökmünün daha sonra nazil olan bir ayə ilə ləğv edilməsinə “nəsx” deyilir. Allah hər bir dövrdə yaşayan insanların ehtiyaclarına uyğun olaraq lazım gəldikcə yeni peyğəmbərlər və yeni ilahi kitablar göndərmişdir. Beləcə, daha əvvəlki ilahi kitabların hökmünü nəsx etmişdir. Qurani-Kərimdə də bəzi ayələr digər bəzi ayələrin hökmünü nəsx etmişdir. Yuxarıdakı ayədə qeyd olunan nəsxi hər iki mənada başa düşmək olar.)
107
108
109
110
111
112
113
Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
132
133
134
135
136
137
138
(Ey möminlər, deyin ki:) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik. (Zəməxşərinin təfsirində qeyd edildiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır və beləcə həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə də yuxarıdakı ayədə müsəlmanlara: “Biz Allahın rəngi ilə boyandıq!” – demələri tövsiyə olunmuşdur. Buradakı “rəng” ilə İslam dini nəzərdə tutulmuşdur.)
139
140
141
142
143
Beləliklə, sizi insanlara şahid olasınız və peyğəmbər də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
144
(Ey Peyğəmbər!) Üzünün göyə tərəf çevrildiyini görürük. Ona görə də səni mütləq razı qalacağın qibləyə döndərəcəyik. Üzünü Məscidi-harama (Kəbəyə) tərəf çevir! (Ey müsəlmanlar!) Siz də harada olsanız, üzünüzü ona tərəf çevirin! Şübhəsiz, kitab verilənlər onun (Quranın) özlərinin Rəbbi tərəfindən gələn həqiqət olduğunu yaxşı bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.
145
146
Kitab verdiyimiz kimsələr onu (Mühəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Ancaq onların bir qismi həqiqəti bilə-bilə gizlədir. (Yəhudilər Tövratdan, xristianlar da İncildən axırzaman peyğəmbərin xüsusiyyətlərini öyrənmişdilər. Hər iki dinin mənsubları onun öz qövmlərindən çıxmasını gözləyirdilər. Ancaq son peyğəmbər bütpərəst ərəblərin arasından çıxdıqda qəbiləçilik təəssübkeşliyi ilə onun peyğəmbərliyini yalanladılar. Halbuki o xüsusiyyətləri Mühəmməd Peyğəmbərdə gördükdən sonra öz oğullarını tanıdıqları kimi onun da peyğəmbər olduğunu anlamışdılar.)
148
149
150
Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidi-harama tərəf çevir! Siz də harada olsanız, üzünüzü o tərəfə çevirin ki, zalımlar (inadkarlar) istisna olmaqla insanların əlində sizin əleyhinizə bir dəlil olmasın. Onlardan qorxmayın! Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım və bəlkə, siz haqq yolu tapasınız.
151
153
154
155
156
158
159
160
162
164
Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə yüklənərək dənizlərdə üzən gəmilərdə, torpaq öldükdən (bitkilər quruduqdan) sonra Allahın göydən endirib onunla (bitkiləri) canlandırdığı suda, hər növdən heyvanları orada yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda düşünənlər üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
165
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
166
167
168
169
170
171
Kafirlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) kafirləri haqq yola dəvət etməsi, çobanın qoyunlarına qışqırıb-bağırmasına bənzədilmişdir.)
172
173
174
175
176
177
Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
178
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
179
Ey ağıl sahibləri, qisasda sizin üçün həyat vardır! Ola bilsin ki, siz pis əməllərdən çəkinəsiniz. (Bu ayədəki “qisasda sizin üçün həyat vardır” ifadəsindən məqsəd odur ki, əgər qisas tətbiq edilərsə, bir insanın öldürülməsi ilə bir çox insanın həyatı xilas olar. Çünki başqalarını öldürdüyü zaman ölümə məhkum olacağını dərk edən bir şəxs bu cinayəti işləməz.)
180
181
182
183
184
(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz!
185
Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır. Sizdən kim o aya (ramazan ayına) şahid olarsa, o ayı oruc tutsun! Kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Allah sizin üçün çətinlik istəməz. O, sizin üçün asanlıq istəyər ki, (orucun) sayını tamamlayasınız, sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və bəlkə şükür edəsiniz.
186
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin dualarını qəbul edəcəyini bildirmişdir.)
187
Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin libasınız, siz də onların libasısınız. Allah bilir ki, siz özünüzə pislik edirdiniz. Beləcə, O, tövbələrinizi qəbul edərək sizi bağışladı. İndi onlara yaxınlaşın və Allahın sizin üçün yazdığını istəyin! Dan yeri söküləndə ağ sap (aydınlıq) qara sapdan (qaranlıqdan) seçilənə qədər yeyin-için! Sonra gecəyə qədər orucunuzu tamamlayın! Məscidlərdə etikafda (ibadətdə) olduğunuz vaxt onlarla (qadınlarınızla) yaxınlıq etməyin! Bunlar Allahın hüdudlarıdır. Onlara yaxınlaşmayın! Allah insanlara ayələrini belə izah edir ki, bəlkə günahlardan çəkinələr.
188
189
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Əvvəllər ərəblər həcc ziyarətindən qayıtdıqları zaman evlərinə qapıdan deyil, evin arxasından girər və bunda bir xeyir olduğunu düşünərdilər. Yuxarıdakı ayə bu batil inancın əsassız olduğunu bildirir.)
190
191
192
193
194
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə müqaviləsinə və oradakı qarşılıqlı razılığa işarə edilmişdir.)
195
196
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
197
198
199
200
201
202
203
204
205
206
207
208
209
210
211
212
213
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (əhli-kitabın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər.
214
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər: “Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!
215
216
217
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki: “O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
218
219
Səndən içki və qumar haqqında soruşurlar. De: “Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz.
220
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir.
221
İman gətirməyincə müşrik qadınlarla evlənməyin! Müşrik bir qadın xoşunuza gəlsə belə, mömin bir kəniz ondan daha yaxşıdır. Müşrik kişilərə də, iman gətirənə qədər (mömin qadınları) ərə verməyin! Müşrik bir kişi xoşunuza gəlsə belə, mömin bir kölə ondan daha yaxşıdır. Onlar (müşrik qadın və kişilər) cəhənnəmə çağırırlar. Allah isə Öz izni ilə cənnətə, məğfirətə çağırır və insanlar üçün ayələrini bəyan edir ki, bəlkə, düşünüb ibrət alalar.
222
223
224
225
226
228
Boşanan qadınlar üç aybaşı müddəti gözləməlidirlər. Əgər Allaha və qiyamət gününə iman gətiriblərsə, bətnlərində Allahın yaratdığını gizlətmək onlara halal olmaz. Əgər ərləri barışmaq istəsələr, bu müddət ərzində onları geri almağa (hər kəsdən) daha çox layiqdirlər. Adətə görə kişilərin qadınları üzərində hüquqları olduğu kimi, qadınların da kişiləri üzərində müəyyən hüquqları vardır. Kişilərin isə onların üstündə bir dərəcələri vardır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
229
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
230
Əgər onu (üçüncü dəfə) boşasa, daha sonra (həmin qadın) başqa birinə ərə gedənə qədər ona halal olmaz. (İkinci əri) onu boşayarsa və əgər Allahın hüdudlarında qala biləcəklərinə inanırlarsa, (ilk əri ilə) evlənməsində günah yoxdur. Bunlar anlayanlar üçün Allahın bəyan etdiyi hüdudlardır (hökmlərdir).
231
Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın! Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın! Kim bunu edərsə, özünə zülm etmiş olar. Allahın ayələrinə istehza etməyin! Allahın sizə olan nemətini, öyüd-nəsihət vermək üçün sizə göndərdiyi kitabı və hikməti xatırlayın! Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.
232
Qadınları boşadığınız və gözləmə müddətləri bitdiyi zaman, əgər aralarında müvafiq şəkildə razılığa gəliblərsə, onların yenidən öz ərləri ilə evlənmələrinə mane olmayın! Bu, sizdən Allaha və axirət gününə inananlar üçün bir nəsihətdir. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Allah bilir, siz isə bilməzsiniz.
233
Uşaqlarının tam əmizdirilməsini istəyənlər (atalar) üçün analar uşaqlarını tam iki il əmizdirsinlər. Onların (anaların) yeməyi və geyimi adətə görə (uşağın) atasının üzərinə düşür. Heç kim gücünün çatmadığından məsul tutulmaz. Nə ana, nə də ata uşağına görə zərər çəkməlidir! Eyni məsuliyyət varisin üzərinə də düşür. Əgər ata və ana öz aralarında məsləhətləşərək razılığa gəlib uşağı süddən kəsmək istəsələr, heç birinə günah yoxdur. Əgər uşaqlarınızı süd anasına əmizdirmək istəsəniz və verəcəyinizi (zəhmət haqqını) adətə müvafiq ödəsəniz, sizə heç bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiyiniz əməlləri görəndir.
234
235
(Bu müddəti gözləyən) qadınlara elçi göndərmək istədiyinizi işarə ilə bildirməyiniz və ya (bu istəyi) ürəyinizdə gizlətməyiniz sizə günah deyil. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlara məşru bir söz demək istisna olmaqla, onlarla gizlində vədələşməyin! Fərz olan gözləmə vaxtları bitənə qədər (onlarla) nikahlanmaq fikrində olmayın! Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Elə isə, Ondan çəkinin və bilin ki, Allah bağışlayandır, həlimdir.
236
237
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız (mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür.
239
240
Sizlərdən vəfat edib (arxalarında) arvadlarını qoyub gedənlər öz zövcələri üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir.
243
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə təkrar diriltmişdi. Yuxarıdakı ayə bu hadisəyə işarə edir.)
245
246
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz peyğəmbərlərinə demişdilər: “Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da: “Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar: “Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır.
247
Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (Peyğəmbər) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
248
Peyğəmbərləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Rəvayətə görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə keçdi. Yəhudilər isə yeni kralları olan Talutun hökmdarlığına etiraz etdilər və: “Əgər həqiqətən, o, hökmdardırsa, buna bir dəlil gətirsin!” – dedilər. Ona görə də həmin sandıq geri gəlmişdir.)
249
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
250
251
252
253
Biz o peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Allah onlardan bəziləri ilə danışmış, bəzilərinin də dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya da açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. Əgər Allah diləsəydi, onlardan sonrakılar özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra (bir-birlərilə) vuruşmazdılar. Lakin ixtilafa düşdülər və onlardan kimisi (Allaha) iman gətirdi, kimisi də kafir oldu. Əgər Allah diləsəydi, onlar vuruşmazdılar. Lakin Allah dilədiyini edər.
254
255
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İçində “kürsü” kəlməsi keçdiyi üçün bu ayəyə “Ayəti-kürsi” deyilmişdir. Burada sözügedən kürsü bildiyimiz kürsü və ya taxt mənasında deyil, Allahın şəninə layiq olan və mahiyyətini bilmədiyimiz bir şeydir.)
256
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bu ayədəki “dində məcburiyyət yoxdur” ifadəsi ilə insanların zorla İslam dinini qəbul etməyə məcbur edilməsinin doğru olmadığı qəsd edilir.)
257
258
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi: “Mənim Rəbbim dirildir və öldürür”. O da: “Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim: “Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!
259
Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi: “Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və: “Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi: “Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi: “Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək məqsədilə (belə etdik). (Uzunqulağın) sümüklərinə bax, gör onları necə birləşdirir, sonra da onları ətlə örtürük!” Ona (hər şey) aydın olan zaman: “İndi yaxşı bilirəm ki, Allah hər şeyə qadirdir!” – dedi.
260
Bir vaxt İbrahim demişdi: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona): “İnanmırsanmı?” – dedi. (İbrahim) dedi: “Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi: “Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”
261
262
263
264
Ey iman gətirənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah kafirlər qövmünü doğru yola yönəltməz.
265
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
266
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
267
Ey iman gətirənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.
268
269
270
271
272
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.
273
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir. (Bu ayədə qeyd olunan yoxsullar, Allah yolunda cihad edənlər və elm dalınca gedənlərdir. Bu müqəddəs işləri səbəbilə onların qazanc əldə etmə imkanları yoxdur.)
274
275
Faiz yeyənlər (qəbirlərindən), şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar: “Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
276
277
278
279
280
281
282
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir! (“Müdayinə ayəsi” olaraq adlandırılan bu ayə, Quranın ən uzun ayəsidir.Bu ayə borc alıb-vermə müqaviləsi ilə bağlı qaydaları ətraflı olaraq müəyyənləşdirmişdir. Şahidlik məsələsinə gəldikdə, qadın yaradılış etibarilə kişiyə nisbətlə daha çox həyalı, utancaq və duyğuları güclü olduğu üçün Allah-Təala bir kişi əvəzində iki qadının şahid olmasını əmr etmişdir ki, onlardan biri unudar, yaxud şahidlik etməkdən çəkinərsə, digəri ona xatırlatsın.)
283
Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
284
285
Peyğəmbər və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”
286
Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir. “Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. Kafirlər qövmünə qarşı bizə yardım et!”