17
SURE
İsra Suresi
⌄
⌄
1
2
3
4
5
Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi. (Təfsirlərdə sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkəriyya peyğəmbəri öldürmələri göstərilir.)
6
7
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik). (Təfsirlərdə İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.)
8
9
11
İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər. Axı insan çox tələskəndir. (Bu ayə insanın psixoloji yönlərinə işarə edir. Çünki insan hirsləndiyində, yaxud böyük bir çətinliklə üzləşdiyində səbir etmək əvəzinə tezliklə bu sıxıntıdan xilas olmaq istəyir. Bu arzusu həyata keçmədikdə isə özünə bəddua edir və ya daha böyük səhvlərə yol verir. Yuxarıdakı ayədə buna işarə edilmişdir.)
12
13
15
16
17
18
20
21
23
24
25
28
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı ayə, belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)
29
30
31
33
34
35
36
37
39
40
(Ey müşriklər!) Rəbbiniz oğlanları sizin üçün ayırıb, mələkləri isə Özünə qız övladı kimi götürdü?! Həqiqətən, siz (məsuliyyəti) böyük bir söz söyləyirsiniz! (Müşriklər mələklərin Allahın qızları olduğuna inanır, oğlan uşaqlarının da özlərinə verildiyini iddia edirdilər və buna görə də təkəbbürlənirdilər. Yuxarıdakı ayə bu anlayışın səhv olduğunu bildirərək uşaqlar arasında cinsi ayrıseçkiliyi rədd edir.)
41
42
44
Yeddi göy, yer və onların içindəkilər Onu təsbeh edir (şəninə təriflər deyir). Onu həmd ilə təsbeh etməyən heç bir şey yoxdur. Lakin onların təsbeh etməsini siz anlamazsınız. Həqiqətən, O həlimdir, bağışlayandır. (Təbiət elmlərinin inkişaf etməsi sayəsində yuxarıdakı ayə daha yaxşı anlaşılır. Belə ki, təbiətdəki canlı və cansız hər şey atomdan meydana gəlir. Atomun içindəki elektronlar da daim və müntəzəm şəkildə atomun nüvəsi ətrafında dönməkdədir. Ola bilsin ki, onların bu şəkildə hərəkət etmələri və ilahi qanuna tabe olmaları, Quranda təsbeh etmələri kimi ifadə edilmişdir.)
45
46
47
48
51
Yaxud da xəyalınızda böyütdüyünüz bir məxluq olun! (Bunlar, Allahın sizi yenidən diriltməsini çətinləşdirməz.)” Onlar: “Kim bizi təkrar (həyata) qaytaracaqdır?” - deyəcəklər. De ki: “İlk dəfə sizi yaradan (Allah)!” Bu zaman onlar başlarını bulayaraq (istehza ilə) sənə belə deyəcəklər: “O nə vaxt olacaq?” De ki: “Ola bilsin ki, yaxın bir vaxtda olacaqdır!
52
53
54
55
Rəbbin göylərdə və yerdə olanları da çox yaxşı tanıyır. Şübhəsiz, Biz peyğəmbərlərin bəzilərini digərlərindən üstün etdik. Davuda da Zəburu verdik. (Peyğəmbərlər arasındakı dərəcə fərqliliyi maddi və fiziki cəhətdən deyil, ruhi və mənəvi cəhətdəndir. Ayədə Həzrət Davud peyğəmbərə də Zəbur kitabının verildiyi bildirilərək bu xüsusa diqqət çəkilmişdir.)
56
57
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zərəri dəf edə bilməyəcəyi bildirilmişdir.)
58
59
60
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (Təfsirçilərin əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)
61
62
63
64
65
66
67
68
69
70
71
73
75
76
77
78
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (Təfsirçilərə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)
79
80
82
83
84
85
86
87
88
89
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
110